Gürcüstanın müxalif “Gürcüstan uğrunda” partiyasının lideri, keçmiş baş nazir Giorgi Qaxariya Tbilisi hava limanında yumurta atəşinə tutulub.
Ölkə.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
O, Münhen Təhlükəsizlik Konfransından qayıtdıqdan sonra hücuma məruz qalıb.
Yayılan videoda Qaxariyanın “xarici agent” və “vətən xaini” adlandırıldığı görünür. Siyasətçinin əleyhdarları onu “USAID layihələrini dayandırdığı üçün artıq Avropada dilənçilik etməkdə” ittiham ediblər. “Gürcüstan uğrunda” partiyası hadisə yerində olan polis əməkdaşlarını hadisəyə müdaxilə etmədiyi üçün günahlandırıb.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller isə bildirib ki, hakim “Gürcü Arzusu” partiyasının addımları Gürcüstanı təcrid təhlükəsi ilə üz-üzə qoyur. Onun sözlərinə görə, Vaşinqton Gürcüstan vətəndaşlarına, etirazçılara, jurnalistlərə və müxalifət nümayəndələrinə, o cümlədən keçmiş baş nazir Giorgi Qaxariyaya qarşı zorakılığı qətiyyətlə pisləyir.
Həmidə ibrahimova