AZ

Necip Uysal 2027-ci ilədək “Beşiktaş”da!

Futbol üzrə Türkiyə millisinin və “Beşiktaş”ın mərkəz müdafiəçisi Necip Uysal İstanbul klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu mövsümün sonuna kimi idi.

Xatırladaq ki, Necip Uysal “Beşiktaş”ın öz yetirməsidir və karyerası ərzində yalnız bu klubun uğurları üçün çalışıb. O, cari mövsümdə cəmi 1 oyunda iştirak edib. Təcrübəli müdafiəçi “ağ-qaralar”ın heyətində bütövlükdə 461 oyuna çıxıb, 6 qol və 19 məhsuldar ötürmə müəllifi olub.

Uysal “Beşiktaş”ın heyətində 4 dəfə Türkiyə Super Liqasının və Türkiyə Kubokunun, 2 dəfə isə Türkiyə Super Kubokunun qalibi olub.

Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi 2010-cu ildə əsas millidə də 1 oyun keçirib.

“Transfermarkt” internet-portalı 34 yaşlı müdafiəçinin transfer dəyərini 550 min avro məbləğində qiymətləndirir.

Seçilən
52
arena.az

1Mənbələr