AZ

Avropa Gimnastikasının İcraiyyə Komitəsinin iclası keçirilib

Avropa Gimnastikasının (EG) İcraiyyə Komitəsinin ilk iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaq qurumun prezidenti Fərid Qayıbovun rəhbərliyi altında baş tutub.

İclas təşkilatın İsveçrənin Lozanna şəhərindəki baş qərargahında təşkil olunub. Komitə qarşıdakı illərdə Avropa çempionatlarının keçirilməsi ilə bağlı qərarlar verib, həmçinin digər məsələləri müzakirə edib.

Kişi və qadınların idman gimnastikası üzrə 2026-cı ildəki Avropa çempionatına ev sahibliyi etmək hüququ Xorvatiyanın paytaxtı Zaqrebə verilib. 2026-cı ilin avqustunda keçiriləcək yarışın dəqiq tarixi sonradan müəyyənləşəcək.

EG-ə üzv olan bütün federasiyalar yaxınlarda foruma dəvət olunacaqlar. Tədbirdə idarəetmə strukturu müzakirə olunacaq.

Yığıncaqda 2025-ci ilin Akkreditasiya Qaydalarına yeniliklər təsdiq edilib. 2025-ci ilin büdcəsi də təsdiq təsdiqlənib.

Batut gimnastikasında yeni kateqoriya əlavə edilib. 21 yaşadək (U21) idmançılar 2026-cı il mövsümündən başlayaraq batut gimnastikası, tamblinq və qoşa mini-batut üzrə Avropa çempionatında mübarizə aparacaqlar.

TeamGym Texniki Komitəsinə “TeamGym 2025-2028 Təcrübə Kodeksi”ni yekunlaşdırmaq mandatı verilib. Kodeksin martın sonuna açıqlanması planlaşdırılıb.

Bəzi qitəmiqyaslı yarışların ev sahibliyi üçün müraciətlərin qəbuluna start verilib. Bədii gimnastika və batut üzrə 2026-cı, bədii gimnastika, yaş qrupu yarışları və akrobatika gimnastikası üzrə 2027-ci, aerobika gimnastikası və U15, batut üzrə 2028-ci ilin Avropa çempionatları, həmçinin 2028-ci ilin “European Gym for Life Challenge”, “EUROGYM” və “Golden Age Gym Festival”ı qəbul etmək istəyən ölkələrin sifariş göndərə biləcək. İcraiyyə Komitəsinin növbəti iclası iyunun 21-22-də yenə Lozannada təşkil olunacaq.

İdman.biz

Seçilən
10
idman.biz

1Mənbələr