AZ

"Fdi İnternational" mənzil-tikinti kooperativinə çevrilir

"Fdi İnternational" Qapali Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formasını dəyişir.

Valyuta.az xəbər verir ki, QSC mənzil-tikinti kooperativinə çevrildiyini elan edib.

Yenidən təşkil edilməsi ilə əlaqədar olaraq QSC-nin hər birinin nominal dəyəri 10 (on) manat olan 200 (iki yüz) ədəd adi, adlı, sənədsiz səhmi dövriyyədən çıxarılır.

Qeyd edək ki, "Fdi İnternational” 2006-cı ilin aprel ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Məhərrəmov Ramil Ələsgər oğludur.

Nizamnamə kapitalı 2000 manat təşkil edir.

Maya Hüseynova 

Seçilən
35
valyuta.az

1Mənbələr