AZ

Bay Cahandara qısa cavab - Nadir Qocabəyli 

Cahandar Bayoğlu adlı zat deyir sənin nə ixtiyarın var ki, "Kuzey Kıbrıs Türk Cümhuriyyəti"nin adını "Şimali Kipr Türk Respublikası" yazdırırsan?..

Bunu dövlətə, vətənə, Azərbaycan xalqına və dilinə xəyanət kimi qələmə verməyə çalışır.

Sonra bir az da irəli gedərək bildirir ki, bu, türkçülüyə və turançılığa xəyanətdir.

Adam lap 37-ni xatırlayır...

"Sənin nə ixtiyarın var ki, dövlətin adını dəyişirsən? Bir dövlət ki özünü "Kuzey Kıbrıs..." adlandırır, sən nə ixtiyarla ona "Şimali Kipr" deyirsən?"

Mənim Cahandarın absurd qarayaxma fikirlərinin hamısını şərh etməyə vaxtım və həvəsim yoxdur. Amma peşəmə və ixtisasıma aid olan qisminə aydınlıq gətirməyə borcluyam.

Öz sınıq-salxaq nitqini Türkiyə və Azərbaycan sözlərinin sintezi üzərində quran, nə azərbaycanca, nə də türkcə düz-əməlli danışa bilən bu adam xalqı da çaş-baş salmağa çalışır.

Bəli, Türkiyə və Azərbaycan qardaşdır. Biz bir-birimizə çox yaxınıq. Hətta o dərəcədə yaxınıq ki, çox vaxt "bir millət, iki dövlət" ifadəsindən istifadə edirik.

Ancaq diqqət edin, "bir millət, bir dövlət" demirik. Çünki millətimiz bir olsa da, dövlətlərimiz ayrıdır. Ayrıca sərhədlərimiz, bayrağımız, humnimiz, rəhbərlərimiz, pulumuz, ordumuz, dövlət aparatımız, ən nəhayət, dövlət dilimiz var.

Dövlət dili isə rəsmi, yəni yazılı dildir. Yazılı dilin də qaydaları və leksik, qrammatik, sintaktik normaları var. Dövlətin, dövlət adamının, məmurunun borcu nədir? O norma və qaydalara əməl olunmasını təmin etmək.

Azərbaycanlılar və türklər şifahi nitqdə, bədii əsərlərimizdə, mahnılarımızda bir-birini nə qədər yaxşı anlasalar, bir-birini asanlıqla təkrar edə bilsələr də, hər bir yazılı dilin bir-birindən xeyli fərqlənən normaları, qaydaları var. Hələ ki ortaq ədəbi (yazılı) bir dil formalaşmayıb deyə hər bir dövlət öz rəsmi dilindən istifadə etməlidir.

Hansısa bədii əsər, şeir, hekayə, mahnı tərcümə olunmaya bilər, ancaq rəsmi sənədlər, yazışmalar, rəsmi adlar hökmən tərcümə olunmalıdır. Həm də təkcə rəsmiyyət xatirinə yox. Dövlətlər arasındakı rəsmi münasibətlərdə, yazışmalarda dəqiqliyin təmin olunması üçün.

Sizi əmin edirəm ki, bir-birimizə nə qədər yaxın olsaq da, bir çox azərbaycanlılar Türkiyədəki bir çox rəsmi qurumların, nazirliklərin, idarələrin adlarını tərcüməsiz başa düşə bilməzlər. Eyni şey Türkiyəli qardaşlarımıza da aiddir.

Məsələn, itfaiyyə kurumu, istihbarat teşkilatı, ulaştırma bakanlığı, yargıtay, sayıştay, danıştay, tasarruf mövduatı və bir çox digər terminləri əksər azərbaycanlılar tərcüməsiz başa düşməzlər.

Cahandar deyir ki, "Adalet ve Kalkınma Partisi" partiyasının adı da "Ədalət və İnkişaf Partiyası" kimi tərcümə olunmamalıdır. Çünki hamı "qalxınma" sözünü başa düşür.

Ancaq başa düşmək azdır, bay Cahandar, dilmizin lüğət tərkibində bu söz yoxdur. Odur ki, ən doğrusu onu "inkişaf" və ya "tərəqqi" sözüylə əvəz etməkdir.

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Mənbələr