Türkiyənin Konya vilayətində yerləşən Səlcuq Universitetində silahlı insident baş verib.
Yenicag.az-ın məlumatına görə, Sağlamlıq Elmləri Fakültəsinin müəllimini güllələyən şəxs daha sonra özünü yaralayıb.
Yaralı müəllim universitetin Tibb Fakültəsi Xəstəxanasına yerləşdirilib.
Polis qrupları hadisə yerində araşdırmalarını davam etdirir, hücumun səbəbi və hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam edir./unikal