AZ

Azərbaycan və Oman arasında beynəlxalq təşkilatlarda əməkdaşlıq və dəstək mövcuddur - Sahibə Qafarova

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Asiya ParlamentAssambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etməkməqsədilə ölkəmizdə işgüzar səfərdə olan Oman Sultanlığı ŞuraMəclisinin sədri Xalid Hilal Nasir Al-Maavali ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə plenar sessiyanın məhsuldarkeçiriləcəyinə və vacib məsələlərin müzakirə ediləcəyinə inam ifadəolunaraq, APA-nın Asiya parlamentlərini birləşdirən mühüm parlamentdiplomatiyası platforması olduğu diqqətə çatdırılıb. Bu cürplatformaların həm də üzv ölkələrin qanunverici orqanları arasındamüzakirələrin və dialoqun inkişafına xidmət etdiyi qeyd olunub.

Söhbət zamanı Azərbaycan və Oman Sultanlığı arasında siyasiəlaqələrin və dialoqun yaxşı səviyyədə olmasından məmnunluq ifadəedilib. Bildirilib ki, xalqlarımız arasında mövcud olan tarixi,dini və mədəni əlaqələr ölkələrimiz arasında əlaqələrin daha dainkişafı üçün möhkəm zəmin yaradır. Ölkələrimiz arasında iqtisadi,ticarət və digər sahələrdə əlaqələri genişləndirmək üçün hər cürimkan var.

Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkələrimiz arasındaBirləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı,Qoşulmama Hərəkatı kimi mühüm beynəlxalq təşkilatlarda müsbətəməkdaşlıq və qarşılıqlı dəstək mövcuddur.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılanQoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də əməkdaşlıqməsələləri nəzərdən keçirilib. Ölkəmizin sədrliyi ilə ParlamentŞəbəkəsinin təsis konfransından bu günə qədər təşkilatıninstitusional əsaslarının yaradılması və möhkəmləndirilməsiistiqamətində görülən işlər yüksək qiymətləndirilib.

Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Nasir Al-Maavaliölkəsinin digər təşkilatlarda olduğu kimi, Qoşulmama HərəkatınınParlament Şəbəkəsi çərçivəsində də Azərbaycana dəstəyini bir dahaifadə edib.

Qonaq tədbirdə iştiraka dəvətə, yüksək səviyyəli qonaqpərvərliyəgörə minnətdarlığını bildirərək, ölkəsinin Azərbaycanın APA-yasədrliyi dövründə təşkilata tam hüquqlu üzv olmasından məmnunluğunubildirib. O, paytaxtımızın evsahibliyi ilə keçəcək 15-ci plenarsessiyasının təşkilatın gələcək fəaliyyətinə mühüm töhfələrverəcəyinə inamını ifadə edib.

Görüşdə Azərbaycan və Oman arasında parlamentlər müstəvisində dəəlaqələrin xüsusilə son illərdə daha da inkişaf etdiyi qeydedilərək, qarşılıqlı səfərlərin və təmasların bu münasibətlərəmühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqındada fikir mübadiləsi aparılıb.

Seçilən
40
6
az.trend.az

10Mənbələr