AZ

Ruhani liderin vəziyyəti ağırdır: Müalicə dəyişdi

Katoliklərin ruhani lideri Papa Fransisk tənəffüs yoluxucu infeksiyaya görə dördüncü gündür ki, xəstəxanadadır.

News24.az xəbər verir ki, Vatikan Gemelli Xəstəxanasında müalicə alan Papanın "mürəkkəb klinik vəziyyət" səbəbiylə müalicəsində dəyişiklik edildiyini və lazım olduğu müddətcə xəstəxanada qalacağını açıqlanıb.

"İndiyə qədər aparılan bütün testlər bir müddət daha xəstəxanaya yerləşdirmə tələb edən mürəkkəb klinik mənzərəni göstərir", - məlumatda deyilir.

Planlaşdırdığı tədbirləri ləğv edən Francis sosial şəbəkədə "Göstərdiyiniz sevgi, dualar və yaxınlıq üçün təşəkkür edirəm" mesajını paylaşıb.

Xatırladaq ki, Papa Fransisk xəstəxanaya yerləşdirilməzdən əvvəl bir həftədən çox bronxitlə mübarizə aparırıb.

Günel Məlikzadə

Seçilən
42
news24.az

1Mənbələr