"Beşiktaş" kapitanı Necip Uysalla müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "ağ-qaralar"ın mətbuat xidməti yayıb.
34 yaşlı müdafiəçi müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Qeyd edək ki, Uysal "Beşiktaş"ın heyətində 4 dəfə Türkiyə Super Liqasının və Kubokunun, 2 dəfə isə ölkə Superkubokun qalibi olub.