AZ

Türkiyədə bələdiyyə sədri saxlanıldı

DEM Partiyasının Tatvan (Bitlis vilayətinin şəhəri – red)üzrə bələdiyyə sədri Mömin Erol saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, bələdiyyə sədri "prezidenti təhqir etmək" cinayətində ittiham olunur.

Xatırladaq ki, M.Erol bələdiyyə sədri seçildikdən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın fotosunu ofisindən endirmişdi.

Seçilən
17
5
axar.az

6Mənbələr