Modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədirliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev çıxış edib. Prokuror Mustafa Zeynalovun və Namiq Əliyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra zərərçəkənin nümayəndəsi Vasif Mirzəyev çıxış edib. O da dövlət ittihamçısının təklif etdiyi cəza ilə razı olduğunu qeyd edib vəmaddi sübut kimi götürülən 200 min manatın zərərçəkənin hüquqi varisinə qaytarılmasını xahiş edib.
Elnarə Bəkirova ədalətə inandığını bildirib: “Atamı öldürənlər layiqli cəzalarını alacaqlar”.
Modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevlə bağlı məhkəmə prosesi yekunlaşıb.
Prosesdə hökm elan olunub.
Hökmə əsasən, Mustafa Zeynalov və Namiq Əliyev hər biri 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər ikisi 2020-2024-cü illərdə Milli Məclisin deputatı olan, “Kontakt Home” mağazalar şəbəkəsinin rəhbəri Elnur Allahverdiyevin qohumlarıdır. Mustafa Zeynalov onun dayısı, Namiq Əliyev isə digər dayısının kürəkənidir.

