“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “CBC Sport”da yayımlanan “90 dəqiqə” verilişinin qonağı olub.
“Qafqazinfo” xəbər verir ki, mütəxəssis komandanın futbolçusu Salif Sumadan danışıb.
R.Sadıqov mövsümün əvvəlində onunla problemlər yaşadığını bildirib:
“Çalışırıq ki, futbolçunun potensialı varsa, gözləyək. Salifu bu mövsüm yaxşı oynamağa başladı. Bizim komandaya gələndə cəmi 10 dəqiqə peşəkar futbol oynamışdı. İlk gəldiyi gündən ona demişdim ki, futbolunu oyna, vaxt gələcək ki, sən daha yaxşı çempionatlara gedəcəksən. İlin əvvəlində ciddi problem yaşadıq. Gözləntilər var idi ki, Suma ilə bağlı sərt qərarlar olacaq. Amma ona heç nə demədim. Çünki futbolçunu tanıyıram və xasiyyətinə bələdəm. Bəlkə başqa futbolçu fərqli davranardım. Amma Salifu sakit təbitəli, xoşxasiyyətli insandır”.