Gecələr tualetə oyanmağa həm təbii səbəblər (məsələn, yaşa bağlı dəyişikliklər), həm də ürək çatışmazlığı və diabet daxil olmaqla ciddixəstəliklər səbəb ola bilər.
“Medicina” xəbər verir ki, tibbdəgecə tualetə getmək üçün oyanmaq nokturiya kimi tanınır - bu vəziyyət orqanizmdə müxtəlif fizioloji və patoloji dəyişikliklərə səbəb ola bilər.
Terapevt Tatyana Zaxarova ilə insanların niyə gecələr oyanaraq tualetə getməsi barədə danışıb.
“Nokturiyanın ümumi səbəblərindən biri orqanizmdə yaşa bağlı təbii dəyişikliklərdir. Xüsusilə, yaşlanma ilə böyrəklərin sidik istehsalında işini tənzimləyən və gecə fəaliyyətini azaldan antidiuretik hormonistehsalı azalır.
Bu hormonun istehsalı azaldığından böyrəklər gecə saatlarında aktiv işləməyə davam edir ki, bu da sidik kisəsinin dolmasına və onun boşaldılması ehtiyacına səbəb olur. Bundan əlavə, yaşla sidik kisəsi divarlarının elastikliyi azalır və sidik kisəsi bütün gecə sidiyi saxlamaq qabiliyyətini itirir.
Sidik yollarının infeksiyaları (sistit, uretrit): bu hallarda sidik kisəsinin və ya uretranın selikli qişası iltihablanır, bu da qıcıqlanma və tez-tez sidiyə getməyəsəbəb olur.
Hiperaktiv sidik kisəsi: Bu pozğunluq sidik kisəsi əzələlərinin qeyri-iradi daralmasına səbəb olur, nəticədə tez-tez sidiyə çağırışlar olur.
Urolitiyoz: sidik kisəsində və ya böyrəklərdə daşlar sidik kisəsinin divarlarını qıcıqlandıra bilər və tez-tez sidiyə çağırışlara səbəb ola bilər.
Bundan əlavə, gecələr sidiyə çıxmaq istəyi ilə oyanmaq ürək-damar xəstəliklərinin əlaməti ola bilər.
Ürək çatışmazlığı və digər ürək-damar xəstəlikləri zamanı orqanizm gün ərzində çox vaxt maye saxlayır. Gecələr insan üfüqi mövqe tutanda bu maye böyrəklər tərəfindən aktiv şəkildə xaric olunmağa başlayır”.
Əgər gecələr tez-tez sidiyə getmək üçün oyanırsızsa və siz orta yaşdasızsa, bu yoxlanmaq üçün əsasdır.
Aygün Musayeva
MEDİCİNA.AZ