Müqavilə ilə "Çelsi"yə məxsus olan, hazırda icarə əsasında "Milan"ın uğurları üçün çalışan portuqaliyalı hücumçu Joau Feliks İtaliya nəhəngindəki həmyerlisi Rafael Leau ilə münasibətlərindən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Milan News" belə çatdırıb:
"Rafaellə çox yaxşı münasibətimiz var. Həm meydanda, həm də meydandan kənarda. Onunla oynamaqdan çox xoşum gəlir, çünki mənə müxtəlif variantlar təklif edir. Həmişə əlavə imkanlar yaradır".
Qeyd edək ki, "Milan" Feliksi cari mövsümün sonunadək icarəyə götürüb.
Nihat