AZ

Pakistan Senatının sədri Azərbaycana səfər edəcək

Bakı. Trend:

Pakistan Senatının sədri Seyid Yusuf Rza Gilaninin başçılıqetdiyi parlament nümayəndə heyəti bu gün Bakıya səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

"Nümayəndə heyəti Asiya Parlament Assambleyasının 15-ci plenarsessiyasında iştirak edəcək", - mənbə bildirib.

Qeyd edək ki, fevralın 18-dən 20-dək Bakıda Azərbaycanınsədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasıkeçiriləcək.

“Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlamentdiplomatiyasının rolu” mövzusuna həsr olunmuş sessiyada 30-dan çoxölkə parlamentinin və beynəlxalq təşkilatın nümayəndə heyətləri, ocümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.

Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenarsessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dairkomitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərarlayihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərəbaxılacaq.

Sessiya dövründə tədbirdə iştirak edən nümayəndə heyətləriarasında bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdətutulur. Görüşlərdə APA-nın bugünü və gələcək inkişaf istiqamətləribarədə fikir mübadiləsi aparılacaqdır.

Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekunhesabatı qəbul ediləcəkdir.

Məqalədə:
Seçilən
20
1
az.trend.az

1Mənbələr