AZ

Rusiyanın “Literaturnaya qazeta” nəşrində Əliağa Vahidə həsr olunan məqalə çap olunub

Rusiyanın məşhur “Literaturnaya qazeta” nəşrində Əliağa Vahidə həsr olunan məqalə çap olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, tibb elmləri doktoru, araşdırmaçı alim, professor Mehman Məmmədovun müəllifi olduğu “Böyük Füzulinin varisi. Sergey Yeseninin bakılı dostu-qəzəl ustadı Əliağa Vahid” adlı məqalə görkəmli qəzəlxanın anadan olmasının 130 illiyinə həsr olunub.

Müəllif məqalədə Ə. Vahidin doğuşdan şeir yazmaq qabiliyyətinə malik olduğunu, ona görə də yaradıcılığının ilk illərində tez-tez meyxana – şeir müsabiqələrində iştirak etdyini və onun haqlı olaraq meyxananın banisi hesab oldunuğunu qeyd edib.


“Vahid nomenklatura şairi olmağa can atmadığına görə hakimiyyət ona xüsusi diqqət yetirmirdi. O, azad yaradıcılığa üstünlük verib, əsasən lirik şeirlər yazıb. Əminliklə demək olar ki, sovet dövründə o, Xruşşovun “mülayimləşmə”sindən çox əvvəl, incəsənətin müəyyən qədər azadlıq qazandığı vaxtlarda alternativ poeziya yaratmışdı. Yaradıcılıqda azadlıq eşqi, çox güman ki, onu istedadlı rus şairi Sergey Yeseninə yaxınlaşdırıb”, - M. Məmmədov bildirib.

Məqalədə Əliağa Vahidlə Sergey Yesenin tanışlığından, Vahidin Yesenini ədəbi məclislərə dəvət etməsindən, görkəmli qəzəlxanın poeziyasından bəhs olunub.

Qeyd edək ki, “Böyük Füzulinin varisi” adlı məqalə “Literaturnaya qazeta” nəşrinin əsas səhifəsində dərc olunub.

Seçilən
30
2
apa.az

3Mənbələr