
Avropa Kosmik Agentliyi (ESA) britaniyalı cərrah və keçmiş paralimpiyaçı Con MakFollun Beynəlxalq Kosmik Stansiyada (BKS) uzunmüddətli missiyada iştirak edərək ilk “para-astronavt” ola biləcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ESA rəsmi saytında məlumat yayıb.
ESA-nın İnsan və Robot Araşdırmaları Mərkəzinin Direktoru Daniel Noyenşvander bildirib ki, MakFoll indi tamhüquqlu astronavtdır və digər namizədlər kimi bir missiyaya təyinat gözləyir.
ESA-nın məlumatına görə, uçuş tarixi hələ müəyyən edilməyib, ancaq hazırlığın növbəti mərhələsi MakFolla çəkisizlik şəraiti ilə bağlı əlavə problemlərin öhdəsindən gəlmək üçün protezlər də daxil olmaqla xüsusi avadanlıqların hazırlanmasını əhatə edəcək.
Con MakFoll özü isə qeyd edib ki, onun missiyası üçün yaradılmış texnologiyalar digər protez istifadəçilərinə də fayda verə biləcək.