Əfsanəvi futbolçu Zinəddin Zidanın növbəti iş yerinə böyük ölçüdə aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, məşqçilik karyerası ərzində yalnız Madrid "Real"ını çalışdırmış mütəxəssis Fransa yığmasına rəhbərlik edəcək. Milli komandanın hazırki baş məşqçisi Didye Deşam 2026-cı il dünya çempionatından dərhal sonra işindən ayrılacaq.
İddialara görə, Fransa Futbol Federasiyasının rəhbərliyi ilə Zidan arasında ilkin anlaşma var. Müqavilənin başlanma vaxtı məlum olsa da, tərəflər hansı müddətə qədər əməkdaşlıq edəcəklərini müəyyənləşdirməyiblər.
Daha doğrusu, federasiya rəhbərliyi Zidana yüksək dəyər verdiyindən, müqavilənin bitmə tarixini müəyyənləşdirməyi məşqçinin öhdəsinə buraxıb. Hətta təcrübəli çalışdırıcının Madriddə yaşamağı davam etdirməsinə icazə verilib. O, yalnız təlim-məşq toplanışları, oyunlar zamanı Fransaya yollanacaq.
Xatırladaq ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real"la 11 titul qazanıb.