AZ

Premyer-liqanın yeni rekordçusu oldu

İngiltərə premyer-liqasında yeni rekord qeydə alınıb.

Əlamətdar hadisə “Mançester Siti” – “Nyukasl” matçında (4:0) baş verib. Ev sahiblərinin qapıçısı Ederson ilk qol epizodunda Ömər Marmuşa məhsuldar ötürmə verib. Braziliyalı futbolçu premyer-liqada 6-cı dəfə assist edib. Ederson 5 məhsuldar ötürmə edən İngiltərə yığmasının sabiq qapıçısı Pol Robinsonu arxada qoyaraq yeni rekordun müəllifi olub.

O, MS-də 2017-ci ildən çıxış edir. Ederson indiyədək İngiltərə çempionatında 265 oyun keçirib.

Seçilən
25
football-plus.az

1Mənbələr