Ermənistan ordusunun hərbçisi ölüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 17-də saat 09:20 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Sevak Vardanoviç Ovannisyanın üzərində güllə yarası olan meyiti aşkar edilib.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçüni araşdırma aparılır.