AZ

Postekoqlu “Mançester Yunayted”i “kötəkləmək” üzrə ustadır

İngiltərə Premyer Liqasının 25-ci turunun “Mançester Yunayted”lə ev oyunu “Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu üçün düşərli olub.

Arena.az “Squawka” dərgisinə istinadən məlumat verir ki, avstraliyaəsilli yunan mütəxəssis “qırmızı şeytanlar”la oyunlarda “mahmızlar”ın məşqçiləri arasında müstəsna nailiyyətə imza atıb.

“Ange” “Tottenhem”in bir mövüm ərzində “Mançester Yunayted”i İngiltərə Premyer Liqası çərçivəsində iki dəfə məğlub etməyi bacarmış ilk məşqçisidir. Xatırladaq ki, 6-cı tur çərçivəsində “mahmızlar” “qırmızı şeytanlar”ı səfərdə 3:0 hesabı ilə məğlub etmişdilər. Ötən gecə baş tutmuş sonuncu oyunda isə paytaxt klubu 1:0 hesablı qələbəyə sevinib. Bu, ilk belə haldır ki, “Tottenhem” “Mançester Yunayted”i İngiltərə Premyer Liqasının bir mövsümü ərzində hər iki oyunda məğlub edə bilib.

Bundan başqa, Postekoqlu bir mövsüm ərzində “Mançester Yunayted” üzərində üç dəfə qələbə qazanıb ki, bu da “Tottenhem”in məşqçiləri arasında bir ilkdir. Xatırladaq ki, İngiltərə Liqa Kubokunun 1/4 finalında “mahmızlar” “qırmızı şeytanlar”ı 4:3 hesabı ilə məğlub etmişdilər.

Beləliklə, Angelos Postekoqlu niderlandlı mütəxəssis Ruud Qullit, portuqal mütəxəssis Nuno Espirito Santo və ispan mütəxəssis Unai Emeridən sonra, özünün “Mançester Yunayted”ə qarşı İngiltərə Premyer Liqasının ilk dörd oyununda məğlub olmamış dördüncü məşqçi olub.

Ümumilkdə, “Mançester Yunayted” bütün yarışlar çərçivəsində ardıcıl altıncı oyundur ki, “Tottenhem”ə bata bilmir. “Qırmızı şeytanlar” “mahmızlar”a 4 dəfə məğlub olublar, 2 dəfə isə heç-heçə ediblər.

Cari mövsümdə keçirdiyi 25 oyunda 30 xal toplamış “Tottenhem” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə 29 xalla 15-ci pillədədir.

Premyer Liqaya 60 xalla “Liverpul” başçılıq edir.

Seçilən
60
arena.az

1Mənbələr