AZ

Özcan Dənizin infarkt keçirdiyi bildirilir


Son zamanlar ailəsi ilə yaşadığı problemlərə görə gündəmdə olan Özcan Dənizin infarkt keçirdiyi iddia edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə tv1000 məlumat yayıb.
Bildirilib ki, “Kızıl Goncalar” (“Qızıl Qönçələr”) serialının çəkiliş meydançasına gələn Dənizin özünü pis hiss edərək huşunu itirib:
“Çəkiliş meydançasından xəstəxanaya çatdırılan Özcan Dənizin müayinələr zamanı infarkt keçirdiyi məlum olub. İlk müdaxilədən sonra angioqrafiya edilən Dəniz iki həftə sonra yenidən xəstəxanaya gedəcək. Ürəyindəki tıxanmış damara stent qoyulacaq”.
Seçilən
20
yeniavaz.com

1Mənbələr