AZ

Ançelotti “Real”ın zədəli müdafiəçiləri ilə bağlı şad xəbəri açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın zədəli müdafiəçilərinin “Mançester Siti” ilə oyuna tam hazır olacaqlarını bildirib.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis ispan sağ cinah müdafiəçisi Lukas Vaskesin, mərkəz müdafiəçiləri – alman futbolçu Antonio Rüdiger və avstriyalı futbolçu David Alabanın sağaldığını bildirib:

“Onların vəziyyəti yaxşılaşır, Bazar ertəsinə qədər onlar fərdi qaydada məşq edəcəklər, Çərşənbə axşamından isə onlar komanda ilə birlikdə məşqlərə qoşulacaqlar… Onların hamısı, Lukas Vaskes də daxil omlaqla, “Mançester Siti”yə qarşı oyuna hazır olacaqlar”, deyə Ançelotti bildirib.

Xatırladaq ki, Çempionlar Liqasının 1/16 final mərhələsinin “Real” – “Mançester Siti” oyunu fevralın 19-da Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Komandalar arasında Mançesterin “Etihad” stadionunda keçirilmiş ilk oyunda “Real” “şəhərlilər” üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb.

Seçilən
55
arena.az

1Mənbələr