AZ

Zidan məşqçiliyə qayıda bilər

Fransız mütəxəssis Zinəddin Zidan yerli komandanın baş məşqçisi postunda Didye Deşamı əvəz edə bilər.

Ölkə.az Lent.az-a istinadən bildirir ki, “L'equipe”nin məlumatına görə, Zidan artıq fransız futbol bossları ilə müqavilənin şərtləri ilə bağlı danışıqlar aparır.

Mənbənin sözlərinə görə, Zinəddin Fransa Futbol Federasiyası ilə müddətsiz müqavilə imzalayacaq, yəni o, istədiyi vaxt postunu tərk etməkdə azad olacaq.

Əfsanəvi keçmiş futbolçu həm də öz futbol akademiyasında və öz oğullarının karyerasında iştirak etdiyi Madriddə yaşamağa davam edə biləcək.

Seçilən
15
1
olke.az

2Mənbələr