"Real Madrid"in ulduz futbolçusu Vinisius Junior klub satın alıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı oyunçu Portuqaliya II Liqasında çıxış edən "Alverka" klubunun sahibi olub. Bu barədə "Record" nəşri məlumat yayıb.
Komandanın hissələrinin 70%-nə sahib olan Rikaro Visintinin payını aralarında Vinisiusun da olduğu bir qrup yatırımçıya satdığı qeyd olunub.
Xatırladaq ki, "Real"ın heyətində daha öncə Kilian Mbappedə Fransa II Liqasında "Kaen" klubunu almışdı.