AZ

Serbiya XİN: Rusiya ilə əlaqələr möhkəmlənməkdə davam edəcək

Serbiya və Rusiya tarix boyu qardaşlıq münasibətlərinə malik olublar və Belqrad hesab edir ki, Moskva ilə əməkdaşlıq indiki çətinliklərə baxmayaraq daha da güclənəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Balkan Respublikasının xarici işlər naziri Marko Dyurik Moskvada Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevlə görüşündən sonra bildirib.

"Müasir Serbiya dövləti yaranandan bəri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri qorunub saxlanılıb", - deyən Dyurik, "mövcud çətinliklərə baxmayaraq, iki ölkə arasında əlaqələr və əməkdaşlığın möhkəmlənəcəyinə" inandığını bildirib.

Seçilən
10
operativmm.az

1Mənbələr