AZ

"Beşiktaş" kapitanla yola davam

"Beşiktaş" kapitan Necip Uysalla müqaviləni yeniləyib.

İdman.biz xəbər verir ki, bu barədə İsyanbul klubundan açıqlama yayılıb.

34 yaşlı futbolçu ilə yeni müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Uysal karyerası ərzində yalnız "Beşiktaş"ın formasını geyinib. O, komandanın heyətində 461 oyunda 9 dəfə fərqlənib.

Qeyd edək ki, Uysal zədə üzündən bu mövsümdə cəmi 1 dəfə meydana çıxa bilib.

İdman.biz

Seçilən
31
idman.biz

1Mənbələr