AZ

Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib

Bakı, TurkicWorld

Türkiyənin Malatya şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda Türkiyə Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) məlumat verib.

İlkin məlumata görə, zəlzələnin episentri Kale rayonunda qeydə alınıb.

Zəlzələnin 7,24 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

"Kale rayonunda baş verən 4,4 bal gücündə zəlzələ ilə bağlı heç bir mənfi məlumat daxil olmayıb",- deyə Malatya şəhər valiliyindən bildirilib.

Xatırladaq ki, daha öncə Türkiyənin paytaxtı Ankarada 3,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerin təxminən 11,48 kilometr dərinliyində baş verib.

Seçilən
44
14
turkic.world

10Mənbələr