AZ

Premyer Liqa: “Sabah” “Səbail”lə də bacarmadı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 23-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun qapanış matçında “Səbail” “Sabah”ı qəbul edib.

“Bayıl Arena”da keçirilmiş oyunu Rəşad Əhmədov idarə edib. Ötən turda “Turan Tovuz”a qalib gəlmiş “bayquşlar” bu uğuru səfərdə də davam etdirməyə çalışıblar. Sonuncu pillədə qərarlaşmış “Səbail” də ev oyunundan xal və ya xallarla ayrılmağı hədəfləmişdi. Tərəflər yekunda meydanı qolsuz və 1 xalla tərk ediblər.

Premyer Liqa
23-cü tur
17 fevral

“Səbail” – “Sabah” 0:0
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 19:00.

Səbail: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 16. Emin Rüstəmov, 10. David Qomis, 8. Qorka Larruçea, 3. Dmitri Litvin, 99. İnnosent Nşuti, 7. Madi Keta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 4. Marko Nikoliç, 5. Gitay Sofir.
Baş məşqçi: Cavid Hüseynov.

Sabah: 92. Stas Pokatilov, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 13. İvan Lepinitsa, 11. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 12. Vensan Till, 99. Neqoş Kupusoviç, 33. Umarali Rahmonaliyev
Baş məşqçi: Vasili Berezutski.

    Seçilən
    53
    1
    arena.az

    2Mənbələr