Parisdə keçiriləcək sammitdə Ukraynaya qoşun göndərilməsi məsələsi müzakirə ediləcək
Fransanın paytatxtı Parisdə Avropa İttifaqı (Aİ) liderləri münaqişə başa çatdıqdan sonra təhlükəsizlik təminatlarını təmin etmək üçün Ukraynaya qoşun göndərilməsi məsələsini müzakirə edəcəklər.
Oxu.Az "Pravda"ya istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso bildirib.