AZ

Ukrayna Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərini həmişəlik İTİRDİ

Ukrayna DXR, LPR, Xerson və Zaporojye vilayətlərini dönməz şəkildə itirdi.

Bu barədə Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Nebenzya bildirib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, Ukrayna Donetsk və Luqansk Xalq Respublikalarını, həmçinin Xerson və Zaporojya vilayətlərini “qayıtılmaz şəkildə” itirib.
O qeyd edib ki, 2202 saylı Qətnamənin qəbulunun onuncu ildönümü avropalı həmkarlarının “nəhayət reallığa qayıtması və Zelenski və onun əlaltılarını mənasız müqavimətə təhrik etməyi dayandırması” üçün səbəb olmalıdır.

Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında deyib: “Ukrayna indi tək Krımı deyil, Rusiyanın tərkibinə daxil olmuş Donetsk və Luqansk Xalq Respublikalarını, Xerson və Zaporojya vilayətlərini də dönməz şəkildə itirib. Müvafiq olaraq, hələ də Kiyevin nəzarətində olan regionlarda vəziyyətin düzəldilməsinə ehtiyac var”.

Seçilən
29
interpress.az

1Mənbələr