AZ

Cavid Hüseynov və Vasili Berezutskinin heç-heçə şərhi

“Səbail”in baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, qolsuz bitən oyundan (0:0) sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyunun gərgin keçəcəyi öncədən bilinirdi. Qələbə qazanmaq istəyirdik. Futbolçuların göstərdiyi xarakterə görə sevinirəm. Bir xal bizim üçün yaxşıdır. Bizi gələcəkdə daha çətin oyunlar gözləyir. Onlara hazırlaşacağıq.

Sevindirici hal odur ki, qışdan sonra futbol ictimaiyyətinin rəğbətini qazanmışıq. Bu, onu göstərir ki, zamana ehtiyacımız var idi. Səhvlərimiz üzərində işləyirik. Hər məşqçinin öz taktikası var. Futbolçulardan razıyam. Daha çox çalışmalıyıq”.

Cavid Hüseynov hakim qərarlarından narazı göründüyü barədə suaala da cavab verib:

“Hakimlikdən razı qaldım. Xırda nüanslar var idi. Bəzi epizodlarda rəqibin futbolçuları kobud oynamışdı. Bu oyunun hakimliyini çox bəyəndim”.

“Sabah”ın baş məşqçisi Vasili Berezutski isə heç-heçəyə belə şərh verib:

“Cərimə meydançasına 1-2 dəfə daxil olduq. Amma bunlardan da istifadə edə bilmədik. Süni meydança amili də var. Amma nə olsa da, bu oyunu aktivimizə yaza bilmərik. Turnir cədvəlinin yuxarı pillələrində olan rəqiblərə qarşı daha yaxşı oynayırıq”.

Seçilən
52
arena.az

1Mənbələr