"Real Madrid"in vingeri Vinisius Junior qrup investisiya şirkəti ilə Portuqaliyanın II liqasında çıxış edən "Alverka" klubunu alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Record" yayıb.
Səhmlərin 70-80 faizi Vinisius da daxil olmaqla bir qrup ispan və braziliyalı investora satılıb.
Qeyd edək ki, "Alverka" turnir cədvəlində ikinci sırada qərarlaşıb və tarixində 5 dəfə I Liqada çıxış edib. Komanda Braziliya futboluna yaxınlığı ilə tanınır. Belə ki, hazırda heyətdə 15 braziliyalı futbolçu çıxış edir.