AZ

MEK tərəfindən AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün təlim keçirilir


Ictimaiyyətlə əlaqələr şöbəsindən Azia.az bloquna verilən məlumata əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA-nın elmi-tədqiqat institutlarında çalışan kitabxanaçıların peşə bacarıqlarını inkişaf etdirmək, qabaqcıl təcrübəni yaymaq və kitabxana-informasiya sahəsində elmi-innovativ bilikləri öyrənərək tətbiq etmək məqsədilə ixtisasartırma təlimləri təşkil edib.

 Təlimin ilk günündə MEK-in direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov kitabxanaçılarla görüşərək dövlət tərəfindən bu sahəyə göstərilən yüksək qayğıdan danışıb, elmi kitabxanalarda səmərəli, məhsuldar tədqiqat mühitinin formalaşdırılmasının və qorunmasının vacibliyini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.

 İki həftə davam edəcək təlimlərdə iştirakçılar elektron kitabxana və kataloqların yaradılması, kitabların rəqəmsallaşdırılması, virtual sərgilərin hazırlanması, xarici elektron bazalarda axtarış strategiyaları, biblioqrafik xidmətlərin təşkili və kitabxana işinə dair digər mühüm biliklərə yiyələnəcəklər.

 MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın rəhbərliyi ilə təşkil olunan təlimlərin sonunda iştirakçılara MEK tərəfindən sertifikatlar təqdim ediləcək.

 



Seçilən
17
azia.az

1Mənbələr