“Nyukasl”ın hücumçusu Aleksandr İsak yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, İngiltərə klubu mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, futbolçunu sata bilər.
İsaka iddialılar arasında “Arsenal”, “Çelsi”, “Liverpul” və “Barselona” kimi klublar var.
25 yaşlı hücumçu bu mövsüm 29 matçda iştirak edib, 19 qol vurub və 5 məhsuldar ötürmə verib.