Papa Fransisk tənəffüs yoluxucu infeksiyasının müalicəsini davam etdirir və vəziyyəti stabildir.
Trend xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Roma Papası Fransiskin hərarəti yoxdur və o, təyin olunan müalicəsini davam etdirir.
88 yaşlı pontifik fevralın 14-də davam edən bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Son üç həftə ərzində Papa Fransisk tənəffüs problemlərinə görə təkbaşına moizə və xitab oxumaqda çətinlik çəkirdi.