Bugünlərdə “Qarabağ”dan ayrılan Riçard Almeyda yeni klubu “Primavero”da debüt edib.
Sportinfo.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Braziliya Paulistsa A2 liqasında 10-cu turur matçında meydana çıxıb.
“Taubate” ilə oyun “Primavero”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Almeydanın komandasından qolları Qarsia və Qonsalvers vurublar.
“Primavero” bu qələbədən sonra xalını 22-yə yüksəldib. Onlar turnir cədvəlində liderdirlər.