Avropa ölkələrinin silahlı qüvvələrinin Ukraynada mümkün yerləşdirilməsinə Vaşinqton zəmanət verməlidir.
APA xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Kir Starmer mətbuata müsahibəsi zamanı deyib.
"Davamlı sülh sazişi olarsa, Britaniya qüvvələrinin Ukraynada digər ölkələrlə birlikdə yerləşdirilməsini nəzərdən keçirməyə hazıram. Lakin bu, birmənalı olaraq ABŞ tərəfindən dəstəklənməlidir, çünki ABŞ-nin təhlükəsizlik zəmanətləri Rusiyanın Ukraynaya yenidən hücum etməsinə mane olacaq yeganə şeydir", - o bildirib.
Starmer gələn həftə Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Trampla davamlı sülhün əsas elementlərini müzakirə edəcəyini bildirib.