AZ

"Beşiktaş" Necip Uysal ilə müqaviləsini yeniləyib

Bakı. Trend:

"Beşiktaş" futbol klubu kapitanı Necip Uysal ilə müqaviləsiniyeniləyib.

Trend xəbər verirki, İstanbul klubundan yayılan açıqlamaya görə, 34 yaşlı futbolçuilə yeni müqavilə 2027-ci ilin yayına qədər imzalanıb.

Uysal, karyerası boyunca yalnız "Beşiktaş"ın formasını geyinibvə komandasının heyətində 461 oyunda 9 dəfə fərqlənib.

Qeyd edək ki, Uysal zədə səbəbindən bu mövsümdə yalnız bir dəfəmeydana çıxıb.

Seçilən
26
az.trend.az

1Mənbələr