Böyük bir şəhərə köçmək çoxlu imkanlar və üstünlüklər təqdim etsə də, bu addımı atmadan əvvəl maliyyə baxımından nə qədər məntiqli olduğunu anlamaq vacibdir.
Valyuta.Az xəbər verir ki, "Numbeo"nun 2025-ci il üçün hazırladığı yaşayış xərcləri indeksinə əsasən mənzil kirayəsi də nəzərə alındıqda, Nyu-York və San-Fransisko dünyanın ən bahalı şəhərləri sırasında liderlik edir.
Hesablamalara görə, Nyu-Yorkda şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi daxil olmaqla, bir nəfərin aylıq xərcləri 5 613,75 ABŞ dollarına çata bilər.
Asiyada isə Sinqapur ən bahalı şəhər kimi ön sırada yer alır. Burada bir nəfər üçün yaşayış və kirayə xərcləri aylıq təxminən 4 052,88 ABŞ dolları təşkil edir ki, bu da London ilə müqayisə oluna bilər.
Dünyada Nyu-York və San-Fransiskodan sonra yaşayış xərcləri baxımından İsveçrənin iki şəhəri – Sürix və Cenevrə gəlir. Onlar müvafiq olaraq III və IV yerlərdə qərarlaşıb.
Dünyanın ən bahalı şəhərlərində yaşayış xərcləri:
1. Nyu-York, ABŞ
? Əhali: 8,1 milyon
? Mənzil kirayəsi istisna olmaqla aylıq xərclər: 1 687,10 $
? Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 3 926,65 $
? Ümumi yaşayış xərcləri:5 613,75 $
2. San-Fransisko, ABŞ
? Əhali: 788 000
? Mənzil kirayəsi istisna olmaqla aylıq xərclər: 1 556,60 $
? Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 3 222,58 $
? Ümumi yaşayış xərcləri: 4 779,18 $
3. London, Böyük Britaniya
? Əhali: 9,7 milyon
? Mənzil kirayəsi istisna olmaqla aylıq xərclər: 1 311,00 $
? Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 2 772,91 $
? Ümumi yaşayış xərcləri: 4 083,91 $
4. Sinqapur
? Əhali: 6,1 milyon
? Mənzil kirayəsi istisna olmaqla aylıq xərclər: 1 131,30 $
? Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 2 921,58 $
? Ümumi yaşayış xərcləri: 4 052,88 $
5. Çikaqo, ABŞ
? Əhali: 2,6 milyon
? Mənzil kirayəsi istisna olmaqla aylıq xərclər: 1 287,30 $
? Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 2 325,34 $
? Ümumi yaşayış xərcləri: 3 612,64 $
6. Sidney, Avstraliya
? Əhali: 5,2 milyon
? Mənzil kirayəsi istisna olmaqla aylıq xərclər: 1 116,70 $
? Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 2 159,11 $
? Ümumi yaşayış xərcləri: 3 275,81 $
7. Lissabon, Portuqaliya
? Əhali: 3 milyon
? Mənzil kirayəsi istisna olmaqla aylıq xərclər: 781,70 $
? Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 1 481,93 $
? Ümumi yaşayış xərcləri: 2 263,63 $
8. Tokio, Yaponiya
? Əhali: 37,1 milyon
? Mənzil kirayəsi istisna olmaqla aylıq xərclər: 961,80 $
? Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 1 113,08 $
? Ümumi yaşayış xərcləri: 2 074,88 $
9. Seul, Cənubi Koreya
? Əhali: 10 milyon
? Mənzil kirayəsi istisna olmaqla aylıq xərclər: 1 073,20 $
? Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 822,97 $
? Ümumi yaşayış xərcləri: 1 896,17 $
10. Şanxay, Çin
? Əhali: 29,9 milyon
? Mənzil kirayəsi istisna olmaqla aylıq xərclər: 616,80 $
? Şəhər mərkəzində bir otaqlı mənzilin kirayəsi: 924,45 $
? Ümumi yaşayış xərcləri: 1 541,25 $
Rəhim