Fransa yığmasının baş məşqçisi Didye Deşam 2026-cı ildə “xoruzlar”ın sükanı arxasından ayırılacağı ilə bağlı qərarını əsaslandırıb.
Arena.az AS dərgisinə istinadən, fransız mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mənim fikrimdə aydın idi ki, 2026-cı ilin dünya çempionatı son müddət olacaq. Bu, məni üçün heç nəyi dəyişmir: mən martda qarşıma qoyduğum məqsədlərimə sadiqəm – təsnifat (UEFA Millətlər Liqasının “Dördlər finalı”na vəsiqə – redaktorun qeydi), ardınca isə dünya çempionatına yollanmaq, elə, həmin qətiyyət və həmin aşıb-daşan güc-qüvvə ilə. Mən yorulmamışam, nəfəsim də kəsilmir, amma hiss edirəm ki, öz vaxtımı işləyib başa vurmuşam. Hər bir xoş məqam başa çatır. Fransa yığması da çox yaxşı bir məqamdır, çünki əgər mənim iki ömrümü toplasaq, bu, mənim 25 illik peşəkar həyatımı təcəssüm etdirir. Bu, çox illər deməkdir…”, deyə Deşam vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Deşam, 2026-cı ilin yayında, müqavilə müddətinin bitməsilə “xoruzlar”ın baş məqşçisi vəzifəsindən gedəcəyini açıqlayıb.
56 yaşlı Didye Deşam Fransa yığmasını 2012-ci ilin iyul ayından çalışdırır. Deşam “xoruzlar”ı 166 oyuna çıxarıb, 106 qələbə, 31 heç-heçə, 29 məğlubiyyət yaşayıb, topların fərqi isə 347:152 nisbətindədir. Deşam Fransa yığmasına 2018-ci il FIFA Dünya Kubokunu və 2020/2021-ci illər mövsümü UEFA Millətlər Liqasını qazandırıb.
Didye Deşamdan sonra “xoruzlar”ın baş məşqçisi vəzifəsinə fransalı mütəxəssis Zinəddin Zidanın təyin ediləcəyi haqda mətbuatda əsaslı fikirlər səslənir.