Bakı. Trend:
Belarus Milli Assambleyası Respublika Şurasının sədri NatalyaKoçanova fevralın 18-də ölkəmizə rəsmi səfərə gəlib.
Trend xəbərverir ki, bu barədə Milli Məclis məlumat yayıb.
Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağıMilli Məclis sədrinin müavini Musa Qasımlı, Belaruslaparlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri ZiyadSəmədzadə, qrupun üzvü Xanlar Fətiyev, hər iki ölkənin səfirləriMəhərrəm Əliyev, Dmitriy Pineviç və digər rəsmi şəxslərqarşılayıblar.
Belarus Milli Assambleyası Respublika Şurasının sədri NatalyaKoçanova ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlərkeçirəcək, bununla yanaşı, Asiya Parlament Assambleyasının 15-ciplenar sessiyasında iştirak edəcək.