Demokrat.az xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da öz əksini tapıb.
2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiyanın”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, suvarma suyu təminatı isə 90 %-ə çatdırılacaq. Alternativ su mənbələrindən istifadə təşviq ediləcək. Həmçinin sayğaclaşma səviyyəsinin 100 %-ə çatdırılmasına, içməli su təchizatı üzrə itkilərin 33 %-ə və suvarma suyu təchizatı sahəsində itkilərin isə 42 %-ə qədər azaldılmasına nail olunacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bizim.Media-ya verilən məlumata görə Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə üç mərhələdə həyata keçiriləcək.
Birinci mərhələdə 2024−2027-ci illər ərzində zəruri infrastruktur yaradılması və idarəetmənin təkmilləşdirilməsi nəzərdə tutulur.
2028−2030-cu illəri əhatə edən ikinci mərhələdə təməl şərtlərin möhkəmlənməsi əsasında “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” kimi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə üstün şəkildə yaxınlaşma təmin ediləcək.
2031−2040-cı illəri əhatə edən üçüncü mərhələdə isə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsinin təmin edilməsi planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 10 oktyabr 2024-cü ildə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
10Mənbələr
-
referans.azƏhalinin içməli su təminatı ilə bağlı ŞAD XƏBƏR ( 15542009)
-
demokrat.azƏhalinin içməli su təminatı ilə bağlı ŞAD XƏBƏR ( 15536825)
-
bizim.mediaƏhalinin içməli su təminatı ilə bağlı ŞAD XƏBƏR ( 15536365)
-
fed.azAzərbaycanın su ehtiyatları: həcmlərin artırılması zərurəti ( 15489803)
-
vergiler.azAzərbaycanın su ehtiyatları: həcmlərin artırılması zərurəti ( 15479903)
-
far.azAzərbaycanın su ehtiyatları: həcmlərin artırılması zərurəti ( 15479367)
-
report.azAzərbaycanın su ehtiyatları: həcmlərin artırılması zərurəti ( 15478793)
-
bizim.mediaKanalizasiya suları Ceyranbatan su anbarına axır? – VİDEO ( 15467103)
-
yenisoz.azBeyləqanda su qıtlığı var? ( 15461517)
-
yenicag.azDövlət Su Ehtiyatları Agentliyində müşavirə keçirilib – FOTO ( 15415865)