AZ

SAT imtahanında iştirak edən namizədlərin NƏZƏRİNƏ

2025-ci ildən etibarən Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusu da SAT-nin rəsmi test mərkəzi olaraq fəaliyyətə başlayıb.

DİM-dən bu barədə AzEdu.az-a bildirilib.

Xatırladaq ki, DİM 2014-cü ildən rəsmi test mərkəzi olaraq SAT imtahanı keçirir. DİM-in elektron imtahanlar korpusunun fəaliyyətə başlaması ilə bu imtahana əlçatanlıq təmin olunub və artıq DİM-in hər iki binasında, ümumilikdə 750 nəfərin eyni vaxtda imtahan verməsi imkanı yaradılıb.   

Qeyd edək ki, DİM-in elektron imtahanlar korpusunda 8 mart 2025-ci il tarixində keçiriləcək SAT imtahanı üçün yerlər mövcuddur və qeydiyyat davam edir.

2025-ci ildə SAT imtahanının DİM-in hər iki binasında aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:

  • 8 mart
  • 3 may
  • 7 iyun
  • 23 avqust
  • 13 sentyabr
  • 4 oktyabr
  • 8 noyabr
  • 6 dekabr

8 mart tarixində keçiriləcək 2025-ci ilin ilk imtahanında iştirak edəcək namizədlərdən qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusilə diqqət yetirmələri və imtahan üçün buraxılış vərəqələrində göstərilən müvafiq ünvana yaxınlaşmaları xahiş olunur.

İmtahanların keçirildiyi ünvanlar:

  1. Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)
  2. Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)
Seçilən
8
azedu.az

1Mənbələr