AZ

Torontoda təyyarə qəzasında xəsarət alanların sayı 18-ə çatıb 

Kanadanın Ontario əyalətinin Toronto hava limanında ABŞ-nin “Delta Airlines” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 18-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi rəsmi şəxslərə istinadən məlumat yayıb.

Hadisə nəticəsində hava gəmisində olan 80 nəfərdən 18-i xəsarət alıb.

Məlumata görə, Minneapolis-Sent-Pol beynəlxalq hava limanından DL4819 reysi ilə uçan üç nəfər, o cümlədən bir uşaq ciddi xəsarət alıb, daha 15 nəfər xəstəxanalara yerləşdirilib.

Seçilən
48
bakivaxti.az

1Mənbələr