AZ

Britaniya Baş Naziri: "Ukraynaya qoşun göndərməyə hazırıq"

"Qoşunlarımızı Ukraynada yerləşdirməyə hazırıq" - Bunu Böyük Britaniyanın Baş naziri Ser Keir Starmer deyib.

O bildirib ki, bu, sülh sazişinin bir hissəsi kimi Ukraynanın təhlükəsizliyini təmin etmək üçündür.

Cənab Starmer deyib ki, "əgər biz Putini gələcəkdə növbəti təcavüzdən çəkindirmək istəyiriksə, Ukraynada davamlı sülhün təmin edilməsi vacibdir".

Britaniya Baş naziri Keir Starmer Parisdə bəzi Avropa liderlərinin də iştirak etdiyi görüşə qatılıb.

Onlar Ukrayna ilə bağlı böhran sammiti üçün toplaşırlar.

Bu, ABŞ Prezident Donald Trumpın müharibəyə son qoymaq üçün Rusiya ilə birbaşa danışıqlar aparmaq planına cavab kimi qiymətləndirilir.

Avropa və Kiyevin bu həftə Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlardan kənarlaşdırılacağı xəbəri qəzəb və inamsızlıqla qarşılanıb.

ABŞ-ın dövlət katibi Marko Rubio artıq Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada səfər edib.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
162
30
bbc.com

10Mənbələr