Ukrayna Rusiya tərəfindən işğal olunmuş əraziləri “qaytarılmaz şəkildə itirib” və daha bir neçə rayondan imtina etməlidir.
Publika.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib.
Nebenzyaya görə, Krım və Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərinin işğal olunmuş hissələri əbədi Rusiyanın tərkibinə daxil olub. O, həmçinin bildirib ki, Ukrayna sülh danışıqları çərçivəsində ərazi sərhədlərinin yenidən nəzərdən keçirilməsinə razılıq verməlidir və hazırda Kiyevin nəzarətində olan Donetsk, Zaporojye və Xerson vilayətlərinin əraziləri Rusiyaya verməlidir.
Bundan əlavə, Nebenzya qeyd edib ki, gələcək Ukrayna hərbi alyanslara üzv olmayan və təhlükəsizlik bloklarına qoşulmaq hüququ olmayan neytral dövlətə çevrilməlidir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Rusiya tərəfindən hər hansı ərazi güzəştlərinin mümkünlüyünü rədd edib.