AZ

İnfarkt keçirdən Özcan Denizin səhhəti ilə bağlı ilk AÇIQLAMA

Xəbər verdiyimiz kimi dünən türkiyəli müğənni Özcan Deniz xəstəxanaya yerləşdirilmişdi.

7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, infarkt keçirdiyi bildirilən məşhur sənətçi səhhəti ilə bağlı ilk rəsmi açıqlamanı şəxsi səhifəsindən izləyiciləri ilə bölüşüb.

 Deniz onun üçün narahatlıq keçirən hər kəsə təşəkkür edib:

 "Əvvəla narahat olan, zəng edib soruşan bütün dostlarıma və sevdiklərimə təşəkkür edirəm. Bu səhər çəkiliş meydançasında ürəyim sıxıldı. Həkimim və həyat yoldaşımın zamanında müdaxilə göstərməsi sayəsində hər şey yaxşıdır". 

 

Seçilən
12
1
7news.az

2Mənbələr