"Ay Yapım"ın Beynəlxalq Emmi Mükafatına layiq görülən "Şahsiyet" serialı Fransada "Mémoire Vive" adı ilə yenidən çəkilir.
Kulis.az xəbər verir ki, serialın fransız dilində olan adaptasiyası 4 seriyadan ibarət olacaq.
Serialda əsas obrazı kim canlandıracaq?
Klementin Kelari tərəfindən canlandırılan Ester Lefevre obrazı serialın diqqət mərkəzində olacaq.
"Şahsiyet" serialının rejissoru və ssenari müəllifi kim idi?
Qeyd edək ki, türkiyənin ən məşhur seriallarından olan "Şahsiyet"in ssenari müəllifi Hakan Günday, rejissoru Onur Saylakdır.