AZ

Osmanlı Qutenberqi - İbrahim Mütəfərrika

Elşən Mirişli
Gəncəşəhəri, tarixçi

1720-ci ildə Sultan III Əhmədin (1703-1730) əmri ilə Çələbi Mehmed Əfəndinin başçılığı ilə Fransaya səfirlik göndərildi-ona Fransanın iqtisadiyyatı, mədəniyyəti və elmi ilə diqqətlə tanış olmaq tapşırılmışdı. Səfirliyin katibi sonradan türk mətbəəsinin yaradıcılarından biri, Mehmed Əfəndinin oğlu Mehmed Səid idi. Mehmed Əfəndi bütün gördüklərini canlı şəkildə “Səfərnamə” əsərində qələmə aldı və bu əsər çox məşhurlaşdı. Səfirliyin göndərilməsinintəşəbbüskarı və səfirin hamisi isə sədrəzəm (baş nazir) Damad İbrahim Paşa Nevşehirli (1718-1730) idi.

İki ildən sonra səfirlik İstanbula qayıtdıqda Mehmed Səid türk mətbəəsi yaratmaq planını artıq bir neçə il ərzindəbu ideyanın əsiri olan bu şəxslə götür-qoy etməyə başladı. Həmin şəxs XVII əsrin sonunda türklər tərəfindən əsir alınan transilvaniyalı macar İbrahim Mütəfərrika idi.1674-cü ildə Kluj-Napokada doğulan və İslamı qəbul edərək İbrahim adını daşıyan gənc macar türk, fars və ərəb dillərini öyrənmişdi. Latın və yunan dillərini isə əvvəlcədən bilirdi. Çünki 18 yaşına qədər protestant məktəbində oxumuşdu. İstedadlı olan İbrahim geniş biliklərə malik idi.Sultan sarayına (“mütəfərrika” saray gözətçisi, eyni zamanda xüsusi tapşırıqlar yerinə yetirən xidmətçilərə deyirdilər) Avropa dövlətləri ilə danışıqlara dəfələrlə tərcüməçilik etmiş, əlaqələndirici olmuş, mühüm diplomatik tapşırıqlar yerinə yetirmişdir. Türk mətbəəsini yaratmaq ideyası isə onun ağlına Fransaya səfirlik göndərilməsinə hazırlıq görülən dövrdə gəlmişdi. Artıq 1719-cu ildə İbrahim Mütəfərrika samşitdən hazirladığı klişe iləMərmərə dənizinin xəritəsini çap etmişdi.1724-cü ildə taxtalardan hazırladığı lövhələr üzərində Qara dənizin də xəritəsini çap etdi.

Hərtərəfli biliyə malik olan İbrahim Mütəfərrikanın və Parisdə mətbəə işi haqqında lazımı məlumatlar əldə edən, sultanlıda mühüm əlaqələri və lazimi vəsaiti olanMehmed Səidin birgə səyləri ərəb şriftləri ilə İstanbulda kitab çapını həyata keçirmək ideyasını mümkün etdi.1724-cü ildən onlar bir yerdə işləməyə başladılar. Onların layihəsinin sədrəzəm İbrahim Paşa tərəfindən müdafiə edilməsi isə həlledici əhəmiyyət daşıyırdı.

1726-cı ildə İbrahim Mütəfərrika sədrəzəmə “Kitab çapı üsulu” adlı bir qeyd təqdim etdi. Həmin əlyazmasında o kitab çapının əlyazma ilə çoxaltmaqdan üstünlüyünü əsaslandırdı. Mütəfərrika yazmışdı ki, kitab çapı tarix, fəlsəfə, astronomiya, riyyaziyyata dair kitabların, lüğətlərin sayını artırmağa imkan verəcək. O, mətbəə üsulu ilə kitabların yayılmasının asanlığını,böyük dəqiqliyini və əlyazmalara nisbətən çap olunan kitabların ucuz başa gəlməsinə diqqəti cəlb edirdi. O, kitab çapında biliklərin yayılmasını və Osmanlı İmperiyasının hətta ucqarlarında da cəhalətin ləğvinigörürdü. Nəhayət, İbrahim Mütəfərrika ərəb əlifbası ilə kitab çapını qaydaya salmağı ona görə vacib hesab edirdi ki, müsəlmanlar artıq ərəb,fars və türk dillərində kitablar çap edən Avropa ölkələrindən geri qalmasın. Sonra o, sultanı bu ideyanı müdafiə etməyə çağıraraq göstərirdi ki, ərəb əlifbası ilə kitab çapından müxtəlif ölkələrdəki müsəlman xalqları faydalanar, Osmanlı sultanlarının nüfuzu isə müsəlman dünyasında yüksələr.

Bu yazıdan sonra klerikal irtica tərəfindən İbrahim Mütəfərrikanın və Mehmed Səidin başına ittihamlar yağmağa başladı. Əlyazma üzü köçürənlər, xəttatlar, hətta nümayişə çıxaraq İstanbul küçələri ilə matəm prosesi təşkil etdilər: onlar yazı ləvazimatı doldurulmuş tabut aparırdılar. Lakin hər halda sədrəzəm İbrahim Paşanın böyük səyi sayəsində mətbəə açılışına icazə verildi. Şeyxülislam Abdulla Əfəndi öz fitvası ilə çap üsulu ilə lüğətlər, məntiq, təbiət elmləri, tarix, coğrafiya və kosmoqrafiya(dünyanıntəsviri , kainatın təsviri) üzrə əsərlərin nəşrinə icazə verdi. Bu fitva yalnız İbrahim Paşanın inadkarlığı nəticəsində əldə edilmişdi,əks halda tərəddüd edən Şeyxülislamı istefaya göndəriləcəyi ilə hədələmişdi.

1727-ci ilin 5 iyulunda Sultan III Əhməd ilk türk mətbəəsinin açılması haqqında fərman imzaladı.Sultan onun hüquqlarını dini məzmunlu kitabların çapına qadağa ilə məhdudlaşdırdı.(Quran,onun şərhi,müsəlman hüququ üzrə əsərlər və sairə). Bu, müqəddəs kitabların “təhqir edilməsinə” kəskin etiraz edən müsəlman ruhanilərinə aşkar güzəşt idi. Ruhanilər,beləliklə,dini məzmunlu əsərlərin yayılması üzərində nəzarəti saxladılar. Həm də ruhani təbəqəsinə daxil olan xəttatlar da öz işlərini saxlaya bildilər.

İbrahim Mütəfərrikanın evində yerləşən mətbəə 1727-ci ilin dekabrında fəaliyyətə başladı. Çap dəzgahları və başqa ləvazimat Fransadan və Avstriyadan gətirilmişdi. Mətbəənin təchizatı üzrə əsas xərci dövlət xəzinəsi öz üzərinə götürmüşdü.

Birinci kitab 1729-cu ilin yanvar ayının 31-də işıq üzü gördü.Bu,1000 nüsxə ilə çap edilmiş “Ərəbcə-Türkcə lüğət” idi. Tezliklə müsəlman və avropalı müəlliflər tərəfindən yazılmış tarixə aid kitablar, eləcə də “Türk qrammatikası” əsərləri çap edildi. 1729-1742-ci illər ərzində İbrahim Mütəfərrikanın mətbəəsi tarix, coğrafiya, riyaziyyat, astronomiya, təbiyyətşünaslıq üzrə ümumi tirajı 12 mindən artıq olan 17 adda kitab çap etmişdi. Bu,Osmanlı imperiyasının ictimai həyatında,elm və mədəniyyətin inkişafında müstəsna əhəmiyyətli olan bir hadisə idi.

1745-ci ildə İbrahim Mütəfərrikanın ölümündən sonra praktiki olaraq,mətbəət öz işini dayandırdı.Türk dilində kitab çapı yalnız XVIII əsrin axırında davam etdirildi. Lakin ilk türk kitab çapçıları olan İbrahimMütəfərrika və Mehmed Səid öz tarixi rollarını oynadılar.

Qeyd edildiyi kimi, İbrahimMütəfərrikanın mətbəsi Osmanlı İmperiyasının (1299-1922) yeniləşdirilməsi yolunda onun hakim dairələrinin apardığı axtarışların mühüm nəticəsi oldu. Bu ideyaların ən qızğın tərəfdarı, əvvəlcə deyildiyi kimi, sədrəzəm İbrahim Paşa idi. Ən dolğun şəkildə isə bu ideyalar İbrahim Mütəfərrikanın 1732-ci ildə öz mətbəəsində 500 nüsxə tirajda nəşr etdiyi “Xalqları idarəetmə müdrikliyinin əsasları” kitabında şərh edilmişdi.

Ölkənin vəziyyətinin aydınlaşdırıldığı və onu yaxşılaşdırmaq tədbirlərinin təklf edildiyi həmin əsərdə, Avropa təcrübəsi əsasındao zaman Avropanın ərazisində böyük dövlətlərdən biri olan Osmanlı Dövlətində geniş islahatların keçirilməsinə çağırış var idi. Türk ədəbiyyatında ilk dəfə olaraq həmin əsərə qısa şəkildə dövlətin idarəetməsinin müxtəlif üsulları, o cümlədən idarəetmənin seçilmiş adamların əlində olduğu demokratik idarəetmə təsvir edilirdi. Əsər müəllfinin əsas praktiki məqsədi isəAvropa ölkələrinin təcrübəsi əsasında hərbi islahatların keçirilməsinin zəruriliyinə inam yaratmaqdan ibarət idi. İbrahim Mütəfərrika təsdiq edirdi ki, istənilən ölkənin ordusunda yaxşı idarəetmə və lazımi təşkilatçılığın olmaması xəzinənin boşalmasına və ölkənin var-yoxdan çıxmasına səbəb olur.

İbrahim Mütəfərrika İslam təliminin xristian təlimindən üstün olmasına əmin idi. Osmanlı İmperiyasının həmin dövründəki hərbi uğursuzluqlarını o, qimən də şəriətə düzgün əməl ediməməsində görürdü.Beləliklə, o hesab edirdi ki, İslam normaları və institutları XVIII əsr şəraitində tərəqqini təmin etmək üçün tamamilə əlverişlidir.

İbrahim Mütəfərrikanın əsərlərinin qiyməti həm də qabaqcıl Avropa ölkələrinin təcrübəsinin türk cəmiyyəti üçün qəbul oluna biləcəyi və lazımlılığın təbliğindədir.Bundan başqa, ilk türk naşirinin taktatı, cəmiyyətinmaariflənməsi hissəsinə ünvanlamaqla ölkənin ictimai fikrin yaranması üçün müqəddəm şərtlər yaradırdı.

Beləliklə, Osmanlı İmperatorluğunun(Türkiyənin) QutenberqiİbrahimMütəfərrika həm də mütəfəkkir şəxsiyyət idi. O, macar mənşəli olsada, həyatı və fəaliyyəti göstərir ki, iliyinə qədər türk və müsəlman idi. Digər tərəfdən isə, uzun əsrlər boyu avropalılar tərəfindən qeyri-türk xalqlarına qarşı zülm ediməsindən yazılsa da,əslində İbrahimMütəfərrikanın həyat yolu bunun əksini sübut edir.

İbrahim Mütəfərrika 1674-cü ildə Kolojvarda (1974-cü ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar adlanırdı) macar türkü kimi doğulub. 1745-ci ildə İstanbulda vəfat edib.Macar əsilli Osmanlı dövlət xadimi,ilk müsəlman və türk mətbəəçisi, yazıçı, tərcüməçi, astronom və kartoqrafdı.Osmanlı İmperiyasında mətbəə yaradaraq türkcə kitab yayımlayan ilk şəxsdi.

Çap etdirdiyi əsərlər

İbrahim Mütəfərrikanın mətbəəsində cəmi 17 kitab çap edilmişdir:

1.Kitab-i Lüğət-i Vankulu (Sinah Əl-Cəvhəri), 2 cilddə, 1729.

2.Töhfət-ül Kibar fi Əsfar əl-Bihar,1729.

3.Tarix-i Səyyah,1729.

4. Tarix-i Hind-i Qarbi,1730.

5. Tarix-i Timur Gürgan,1730.

6. Tarix-i Mısri Qədim və Misri Cədid,1730.

7.Gülşən-i Xüləfa, 1730.

8. Grammaire Turque, 1730.

9. Üsul əl-Hikam fi Nizam əl-Ümam, 1732.

10.Fiyuzat-i Mıknatısiye, 1732.

11.Cahannüma, 1732.

12.Təqviməl-Təvarix, 1733.

13.Kitab-i Tarix-i Naima, 2 cilddə, 1734.

14.Tarix-i Rəşid, 3 cilddə, 1735.

15.Tarix-iÇələbizadə, 1741.

16. Əhval-i Qazavat dər Diyar-i Bosna, 1741.

17. Kitab-i Lisanəl –Əcəm əl Müsəmma bi-Fərhəng-i Şüuri, 2 cilddə, 1742.

Bu kitablardan “Tarix-i Çələbizadə”ninbir çox nüsxəsi “Tarix-i Rəşid”in üçüncü son cildinin arxasına əlavə edilərək cildlənib satıldığı üçün,bəzi mənbələrdə səhvən Mütəfərrikanın 16 kitab çap etdirdiyi qeyd olunur.

“Niyə keçmişdə nüsəlman xalqları ilə müqayisədə çoxzəif olanxristian xalqları müasir dövrdə böyük ərazilərə hökm edir və bir vaxtlar yenilməz Osmanlı ordularını məğlub edirlər.

... Çünki onların düşünülmüş şəkildə yaradılan qanun və qaydaları var”.

İbrahim Mütəfərrika, “Xalqların quruluşunda müdrikliyin əsasları” (Üsul əl Hikam fi Nizam əl –Ümam).

Yirmisekizzade Mehmed Səid isə sonralar bir çoxölkələrdə səfir, hətta25 oktyabr 1755 - 1 aprel 1756-cı illərdəbeş ay yeddi gün Osmanlı İmperatorluğunun sədrəzəmi-baş naziri olmuşdur.

Tədqiqatlar Osmanlı İmperiyasında ilk rəsmi mətbəənin qurulmasından keçən diri yüz il ərzində cəmi çap edilən kitab sayının 180-200 arasında olduğunu göstərir.Bu göstərici mətbəənin gecikməsinin əsas səbəbi kimi dini kəsimlərin əleyhdarlığı ilə yanaşı, kitab çapının müsəlman cəmiyyətini təşkil edən müxtəlif təbəqələr üçünmaraqlı olmadığını ağla gətirə bilər. Müqayisə üçün,Osmanlı İmperiyasında ilk yüzildə çap olunan 200 kitabın müqabilində, Qərbdə mətbəənin qurulmasından, yəni 1455-ci ildən 1500-cü ilə qədər 40 min kitab çap olunmuşdu.1455-ci ildə sentyabrın 30-da alman alimi İohan Qutenberq ilk kitabı-xristianların müqəddəs “Bibliya”sını çap edib. Türk və İslam Dünyasında ilk kitab 1729-cu ildəyanvarın 31-də İbrahim Mütəfərrika tərəfindən çap edilib.Bu hadisə ilə özünün adını tariximizə əbədi yazdıran macar türkü həmişə xatırlanır.

Seçilən
10
turkustan.az

1Mənbələr